| Xəbər 1217 dəfə oxunub
Bakıda bacısını öldürən məmur oğlu barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

Xəzər rayon məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Musavat.com xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, M. Babayev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb.

Nümayəndənin oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb. O, daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.