| Xəbər 1076 dəfə oxunub
Balakəndə avtomobil 36 yaşlı piyadanı vuraraq xəsarət yetirib

Balakən rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Talalar kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Əsəbəli Bəxtiyar oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə əvvəlcə rayon xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Ə.Əhmədova kəllə-beyin travması diaqnozu qoyulub.