| Xəbər 875 dəfə oxunub
Bakıda sürücü 55 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil 1965-ci il təvəllüdlü Əliyev Zaman Həsənağa oğlunu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Yaralının yaxınlarının sözlərinə görə, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.