| Xəbər 1030 dəfə oxunub
Qubada gənc oğlan intihar edib

Quba rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Püstəqasım kəndində qeydə alınıb.

Belə ki, Rustov kənd sakini, 2004-cü il təvəllüdlü Ülvi Rufət oğlu Mustafayev özünü Püstəqasım kənd sakinin Sultan Yəhyayevin evinin həyətyanı sahəsində asıb.

Faktla bağlı araşdırma aparılır.