| Xəbər 1494 dəfə oxunub
“Prezidentin inamlı danışmasını şərtləndirən əsaslar və şərait var” -

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə bir neçə yerli televiziya kanalına geniş müsahibə verib. Siyasi analitiklər hesab edir ki, Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibə bir neçə səciyyəvi xüsusiyyəti ilə tarixi müsahibə hesab edilə bilər. Bunlardan biri ölkə başçısının bütün sahələr üzrə ensiklopedik bilgilərə malik olması və aldığı siyasi qərarlarda məhz onlara istinad etməsi reallığıdır ki, ona görə də bunlar milli maraqlarımızın realizə olunmasında ən doğru qərarlar olur.

İkincisi, milli iqtisadiyyatımızın hələ də əsasını təşkil edən neft sənayesi tariximiz və onun istismarı məsələlərinin dövri xarakteristikası ilə bağlıdır ki, bu da neft faktorundan səmərəli istifadənin təşkili üçün olduqca əhəmiyyətlidir. Ancaq unutmaq olmaz ki, Prezident İlham Əliyev bu müsahibəsində təkcə neft sənayesi tarixi, dünya bazarında və iqtisadiyyatında neftin yeri və rolu, milli iqtisadiyyatın neft faktoru ilə əlaqəsi, neftin siyasi faktora çevrilməsi məsələləri ilə bağlı deyil, həm də əsl neft mühəndisi, Xəzər ekvatoriyasının geoloji strukturu və xəritəsini dərindən bilən bir mütəxəssis kimi danışdı.

Ekspertlərin fkrincə, üçüncü ən mühüm və tarixi hesab ediləcək məsələlərdən biri o idi ki, Prezident İlham Əliyev bu vaxta qədər həyata keçirdiyi siyasətdə daim dürüst olmaqla, xalqının maraqlarını qorumaqla öz xalqı qarşısında hesabat verməyə həmişə hazır olan siyasi lider olduğunu bir daha göstərdi. Xüsusən, Dağlıq Qarabağ problemi kimi mürəkkəb, manipulyasiyaya açıq bir məsələdə nə qədər doğru siyasət apardığını və xalqının maraqlarına necə xidmət etdiyini ortaya qoydu.

Bəs müxalifət Prezidentin son müsahibəsini necə qiymətləndirir?

Məndən çox hakimiyyəti sərt tənqid edən olmayıb, amma..." - ELŞAD MUSAYEV /  TAM HİSSƏ - Hürriyyət

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, prezidentin iki gün öncə yerli TV-lərə verdiyi müsahibə əvvəl verdiyi müsahibələrdən xeyli fərqlənir. Belə ki, prezident bu dəfə daha açıq danışdı, Ermənistan-Azərbaycan münaqişəsilə bağlı danışıqların getmədiyini və imitasiya xatirinə aparılan danışıqlarda Azərbaycanın iştirak etməyəcəyini bildirdi: “Müəyyən qədər düşmənə və onların arxasında duranlara toxunacaq gizli ehyamlar vurdu. Ermənistanın müharibəyə hazırlaşdığını deməklə həm də Azərbaycanın müharibəyə hazır olduğunu bildirdi. Hiss olundu ki, prezidentin inamlı danışmasını şərtləndirən əsaslar və şərait var. Biz illərlə aparılan mənasız danışıqların heç bir effekt vermədiyini bildirir və hərbi üstünlük qazandıqdan sonra daha inamlı danışacağımızı bildirmişik. Hesab edirəm ki, müharibə qaçılmazdır və biz iqtidarlı-müxalifətli bu savaşı uğurla aparıb ərazi bütövlüyümüzü bərpa etməliyik”.

Belə görüşləri olduqca əhəmiyyətli hesab edirəm" - Arzuxan Əlizadə -  Azinforum.az İnformasiya Portalı

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə öncə bildirdi ki, Prezidentin xüsusilə də son dövrlərdə yerli TV-lərə müsahibələr verməsi yüksək qiymətləndirilməlidir: “Bu, ölkə vətəndaşları ilə bilavasitə canlı təmasın qurulması ilə yanaşı onları maraqlandıran məsələlərə dövlətin birinci şəxsinin dilindən münasibətin bilinməsi, eyni zamanda qarşılıqlı etimad mühitinin formalaşması baxımından da təqdirəlayiq haldır. Prezidentin Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlərə gəldikdə isə, heç şübhəsiz bu bizim hər birimizi artıq dərəcədə maraqlandıran  və narahat edən məsələdir. Bu baxımdan prezidentin xalqdan heç nəyi gizlətmədiyi ilə bağlı dedikləri diqqətəlayiqdir. Həqiqət budur ki, Ermənistan bilavasitə şimal qonşumuzun patronajlığı ilə Azərbaycan torpaqlarını işğal edib və bu gün də ərazilərimizin işğalda qalmasında Rusiya faktoru danılmazdır. Azərbaycan prezidenti də bunun fərqindədir və Ermənistanın yeni böyük müharibəyə hazırlaşdığını, bizim üçün daim təhlükə mənbəyi olduğunu,  danışıqların hazırki vəziyyətini mənfi qiymətləndirdiyini, yəni, danışıqların faktiki olaraq getmədiyini, erməni tərəfinin siyasi cəhətdən qüsurlu və ziyanlı bəyanatlarının danışıqlar üçün yer qoymadığını, bu səbəbdən də imitasiya xarakterli danışıqlarda iştirak edilməyəcəyini vurğulayır. Səslənən fikirlərə münasibətimiz birmənalıdır və tam dəstəkləyirik.

Biz uzun illərdir deyirik ki, işğalçı ölkə ilə danışıqlar aparılması  əhəmiyyətisizdir və Ermənistanda kimin hakimiyyətdə olmasının da əslində heç bir fərqi yoxdur, çünki, bu dövlət mahiyyət etibarı ilə təcavüzkardır. İllərdir mövcud problemin həllinə bilavasitə sorumlu olan ATƏT-in Minsk qrupunun həmsədrləri isə öz fəaliyyətsizliyi ilə faktiki olaraq ermənilərin mənafeyinə xidmət edir, mövcud status-kvonun saxlanılmasında və bununla da zamanı gələndə işğalı rəsmiləşdirməkdə maraqlıdırlar. Nəhayət, onu da diqqətə almalıyıq ki, hər ötən gün ziyanımıza işləyir. Bu səbəbdən biz də o fikirdəyik ki, danışıqlar birmənalı olaraq dayandırılmalı, Azərbaycan öz əzəli torpaqlarını silahlı terror birləşmələrindən  və işğalçılardan təmizləmək üçün əməli addımlar atmalıdır. Azərbaycan Ordusu bu illər ərzində kifayət qədər güclənib və bu gün torpaqlarımızı işğaldan azad etmək əzmindədir”.

Tural Abbaslı: “Arif Hacılı Müsavatı uçuruma apardı” | RealMedia.az

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, prezidentin Qarabağ məsələsi ilə bağlı dediklərinə xüsusilə diqqət edib: “Biz AĞ Partiya olaraq ümumiyyətlə, Qarabağ məsələsində iqtidarın öz xalqı və müxalifəti ilə tam açıq və səmimi olmasının tərəfdarıyıq. Çünki, Qarabağ məsələsi elə bir məsələdir ki, burada hansısa siyasi rəqabətdən və ya siyasi fürsətçilikdən söhbət gedə bilməz. Azərbaycanda elə bir siyasi qüvvə yoxdur ki, Qarabağın azadlığını istəməsin. Yenə də elə bir siyasi partiya yoxdur ki, Qarabağın azadlığı uğrunda hər bir fədakarlığa hazır olmasın. Əgər belə qüvvələr varsa onlar azərbaycanlı deyil və ola da bilməz. Odur ki, bu məsələdə iqtidarın səmimiliyi prosesin ancaq xeyrinə ola bilər. Qısası desək, mən bu məsələdə iqtidarın açılımını pozitiv qəbul edirəm. Qarabağ məsələsində hər kəs bir nəfər kimi bir yumruq olmalıdır və bu yumruq düşmənlərin başına enməlidir. Bu məsələdə başqa yanaşmalar istisnadır və qəbuledilməzdir”.