|
Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Müşfiqabad qəsəbəsində "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sərnişinlər - 2006-cı il təvəllüdlü Məmmədli Rəsul Mahmud oğlu və 1991-ci il təvəllüdlü Həsənli Şəbnəm Əhməd qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.