| Xəbər 812 dəfə oxunub
Siyəzəndə iki avtomobil toqquşdu, xəsarət alan var

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Hüseynov Fariz Ağamusa oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.