| Xəbər 891 dəfə oxunub
Salyanda avtomobilin vurduğu piyada ölüb

Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, qəza nəticəsində Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 1990-cı il təvəllüdlü Əliyev Bayram Əliyar oğlunun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq o, bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, hadisə ötən gün günorta saatlarında Ələt-Astara magistral yolunda, şəhər ərazisindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Salyan şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Ümid Rafət oğlu idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə BMW yolun kənarında dayanmış avtomobil yuyucusu B.Əliyevi oğlunu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada, habelə qəzaya uğramış avtomobilin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.