| Xəbər 2745 dəfə oxunub
Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb

Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.

29 yaşlı İsmayıl Həsənovla dayısı 60 yaşlı Xəqani Məmmədov arasında mübahisə yaranıb. Tərəflər arasında düşən münaqişə nəticəsində X. Məmmədov bacısı oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub. 

Hadisəni törədən X.Məmmədov saxlanıb. İlkin ehtimala görə, hadisə pul üstündə olub.

Faktla bağlı araşdırma aparılır.