| Xəbər 3846 dəfə oxunub
Bakıda 27 yaşlı qadın binadan özünü ataraq intihar edib

Bakıda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü İsayeva Naidə Namiq qızı rayon ərazisində yerləşən çoxmərtəbəli binadan özünü atıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.