| Xəbər 4578 dəfə oxunub
Şabranda piyadanı vuraraq qaçan sürücü tutulub

Sentyabrın 15-i saat 21 radələrində Şabran rayonunun Ağbaş kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz rayon sakini Etibar Kərimov olması müəyyən edilib.

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü Ağdam rayon sakini K.İsgəndərov saxlanıb.