| Xəbər 4198 dəfə oxunub
Bakıda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alan var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Binəqədi-Novxanı yolunda qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.