| Xəbər 2870 dəfə oxunub
Bacanağını öldürən Mahmudovun məhkəmə işi- arvadını qısqanırmış

Bakıda qətl törətməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1886-cı il təvəllüdlü Kamran Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qətl hadisəsi ötən il dekabrın 27-də Səməd bəy Mehmandarov küçəsi, 74 saylı binanın qarşısında baş verib.

45 yaşlı Xəyal Cəfərov odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Araşdırmalar zamanı Xəyal Cəfərovun bacanağı Kamran Mahmudov tərəfindən qətlə yetirildiyi məlum olub.

Bildirilib ki, Kamran Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gəlib. Bu zaman o, özündə olan silahla bacanağını vurub.

İstintaq orqanı tərəfindən Kamran Mahmudovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.