| Xəbər 2864 dəfə oxunub
Bakıda avtomobilin vurduğu piyada ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 14-də saat 13 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini R.Həmidli idarə etdiyi “QAZ-31” markalı avtomobillə yolu keçən paytaxt sakini Svetlana Paşayevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.