| Xəbər 3060 dəfə oxunub
Yeni Zelandiyada məktəb avtobusu qatarla toqquşub

Yeni Zelandiyada, Şimal adasının Bannitorp yaşayış məntəqəsində məktəb avtobusu ilə qatarın toqquşması nəticəsində azı 40 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb.

Məlumata görə, avtobusdakı sərnişinlər yüngül və orta dərəcədə xəsarət alıblar. Altı nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi araşdırılır.