| Xəbər 2764 dəfə oxunub
Yerevanda polislər küçədə qadına qarşı zorakılıq ediblər VİDEO

Ermənistanın paytaxtı Yerevanın Malatiya-Sebastia rayonunda polis əməkdaşları qadına qarşı zorakılıq tətbiq ediblər.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, polis əməkdaşları buna bəhanə kimi qadının tibbi maska taxmadığını göstəriblər. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə qadın tibbi maskadan istifadə etdiyini iddia edir. Lakin polis əməkdaşları onunla razılaşmayıblar.

Hadisə zamanı küçədə olan şahidlər olaya müdaxilə etməyə çalışıblar, amma sonda polislər güc tətbiq edərək qadını avtomobilə əyləşdiriblər və bölməyə aparıblar.