| Xəbər 2924 dəfə oxunub
Mehriban Əliyeva məktəbli və tələbələri Bilik günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" hesabında Bilik günü münasibətilə paylaşım edib.

Paylaşım mətnində deyilir:

"Əziz məktəblilər və tələbələr!
Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!"