| Xəbər 3221 dəfə oxunub
Falçı adı ilə 96 min alan qadın hakim qarşısına çıxarıldı

Külli miqdarda dələduzluqda ittiham edilən qadın hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 49 yaşlı Qədirova Roza Qasım qızının cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İlkin məlumata görə, R.Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Məlumata görə, Roza Qasımova tanışı olan Cəlaləddin Şalyarova oğlunun müalicəsini falçı vasitəsi ilə həll edəcəyini vəd edib. Bu məqsədlə ondan 96 min alaraq onu aldadıb.