| Xəbər 4755 dəfə oxunub
Azərbaycan və Türkiyənin parlament sədrləri görüşüb FOTO

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşü olub.

Bu barədə Musavat.com-a Milli Məclisdən məlumat verilib.

Görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.