| Xəbər 5316 dəfə oxunub
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən  verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum İbrahimov Mətləb Namiq oğlu təcridxanaya qəbul olunarkən onun üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman cibində olan kibrit qutusunun içərisində ümumi çəkisi 0,133 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.