| Xəbər 3524 dəfə oxunub
Ev dustaqlığına buraxılan generalın adamları həbsdə qaldı

Generallar birlikdə həbs olunan DSX-nın yüksək rütbəli şəxsləri növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətin vəzifəli şəxsləri barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Onlar Sakit Muradov, Samiq Əzizov, Nemət Pənahov, Elçin Vəliyev, Müzəffər Namazov, Abdulla Abdullayev, Xalis Quliyevdir.

Adı çəkilən şəxslər Bakı Hərbi Məhkəməsinə gətiriliblər. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Rəsmi məlumata görə DSX-nın rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət, polkovnik-leytenant Vəliyev Elçin, polkovnik Əzizov Samiq, polkovnik-leytenant Muradov Sakit, mayor Namazov Müzəffər və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan şəxslərdən müxtəlif məbləğlərdə pulu rüşvət qismində alıblar.

Xatırladaq ki, bu iş üzrə həbs edilən general Əfqan Nağıyev ötən ay ev dustaqlığına buraxılıb.