|
Ceyhun Bayramov özbəksitanlı həmkarı ilə telefonla danışıb

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

Bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin artdığı vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistan Respublikasının Müstəqil Dövlət Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.