| Xəbər 3030 dəfə oxunub
Vyetnam prezidenti Azərbaycan səfirini mükafatlandırıb

Vyetnam prezidenti Nquyen Fu Çonq (Nguyen Phu Trong) Azərbaycanın bu ölkədəki səfiri Anar İmanovu “Dostluq” ordeni ilə mükafatlandırıb.

“Report” Vyetnam KİV-inə istinadən xəbər verir ki, mükafatı səfirə Vyetnamın xarici işlər nazirinin müavini To An Dunq (To Anh Dung) təqdim edib.

Azərbaycanlı diplomatı təbrik edən T.A.Dunq Azərbaycan və Vyetnam arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində onun rolunu yüksək qiymətləndirib.

A.İmanov, öz növbəsində, ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Vyetnam prezidentindən belə yüksək mükafat almasının onun üçün şərəf olduğunu qeyd edib.