| Xəbər 5087 dəfə oxunub
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə dərman preparatlarının, avto-ehtiyyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Bu barədə Musavat.com-a Komitədən bildirilib.

Məlumata görə, "Qırmızı Körpü" gömrük postunda 2 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2 645 ədəd müxtəlif adda dərman preparatları, 441 ədəd dərman vasitələrinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.