| Xəbər 5191 dəfə oxunub
Bakıda avtomobilin 4 min manatlıq ehtiyat hissələri oğurlanıb

Bakıda avtomobilin ehtiyat hissələri oğurlanıb.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Binəqədi qəsəbəsində mənzillərdən birinin qarşısında olan 4 min manat dəyərində avtomobil ehtiyat hissələri naməlum şəxs tərəfindən oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübəhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunmuş, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.