| Xəbər 1717 dəfə oxunub
16 yaşlı Əliməmmədin işi - kəndlisini öldürüb

Zaqatalada tələbənin qətlinə görə həbs edilən məktəblinin məhkəməsi başlayır.

Musavat.com xəbər verir ki, Əliməmmədov Əliməmməd Arzuman oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş araşdırılması üçün Şəki Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Qeyd edək ki, Zaqatala rayonun Mosul kəndində 16 yaşlı Əliməmməd həmyerlisi, 18 yaşlı İlyas İlyasovu bıçaqlayıb. İlkin məlumata görə onlar arasında mübahisə bir müddətmiş davam edirmiş.

Əliməmməd 11-ci sinif şagirdidir. Qətlə yetirilən İlyas isə Gürcüstanuniversitetlərdən birində təhsil alırmış.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.