| Xəbər 1835 dəfə oxunub
Goranboyda baş verən yol qəzasında xəsarət alan digər şəxs də ölüb

Xəbər verildiyi kimi, dünən axşam Goranboy rayonunda yol qəzası baş verib. Qəzada ağır xəsarət alan digər gənc - 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu da dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən Ə.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

 APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.

 “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri - 1993-cü il təvəllüdlü Xanlarov Samir Telman oğlu ölüb, digəri - 2000-ci il təvəllüdlü Məmmədov Əli Mübariz oğlu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilsə də. o da bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.