| Xəbər 4110 dəfə oxunub
Masallıda avtomobil qadını vuraraq öldürdü

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 29-da saat 15 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Şayin Feyzullayevanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.