| Xəbər 4423 dəfə oxunub
Beyləqanda "Aşura" mərasimi keçirməyə cəhd ediblər

Beyləqanda "Aşura" mərasimini keçirməyə cəhd edənlər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Beyləqan şəhəri ərazisində yerləşən H. Abdullyevə məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və ev yiyəsi ilə birlikdə orada olan 12 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.