| Xəbər 1802 dəfə oxunub
Füzulidə yol qəzasında 1 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndində “Daewoo” markalı minik avtomobili və “T-40” markalı traktorun toqquşması barədə məlumat daxil olub. 

FHN-dən Musavat.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Məmmədov Cəsur İlqar oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.