| Xəbər 1357 dəfə oxunub
Zərdabda qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zərdab rayonunun Otmanoba kəndində "QAZel" markalı yük avtomobili və “T-80” markalı traktorun toqquşması barədə məlumat daxil olub. 

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.