| Xəbər 5509 dəfə oxunub
Tovuzda evdən 15 min manatlıq oğurluq edildi

Tovuzda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İbrahimhacılı kənd sakinləri E.Bağırov və A.Məhərrəmov saxlanılıb.