|
Lənkəranda baş verən yol qəzasında 4 nəfər yaralanıb

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə Lənkəran-Lerik yolunun rayonun Qrumba kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.