| Xəbər 2047 dəfə oxunub
Rusiyanın Müdafiə naziri sabah Azərbaycana gəlir

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gələcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Sergey Şoyqu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə avqustun 25-də Bakıya səfər edəcək.