| Xəbər 16493 dəfə oxunub
“Facebook” statusu dini münaqişəyə, 3 nəfərin ölümünə, onlarla polisin yaralanmasına gətirib çıxardı

Hindistanın cənubunda yerləşən Karnataka ştatının paytaxtı Banqalor şəhərində dini zəmində baş verən münaqişədə azı 3 nəfər öldürülüb.

Buna “Facebook” sosial şəbəkəsindəki bir status səbəb olub. Həmin yazışma polislə yüzlərlə müsəlman arasında toqquşmaya gətirib çıxarıb.

Gələn məlumatlarda həmin statusda İslam dininin əleyhinə təhqiramiz ifadələrin yer aldığı qeyd olunur.

Ştat polisinin nümayəndəsi Kamal Pant etirazçıların idarəyə hücumla kifayətlənməyib, mülki şəxslərin avtomobillərini yandırdıqlarını, həmin təhqirarmiz sözləri yazan insanların qohumu sayılan yüksək vəzifəli siyasətçinin evinə hücum çəkdiklərini deyib.

Polisin atəş açması nəticəsində 3 nəfər həlak olub, 110-dan çox insan həbs edilib. Həmçinin 60 polis müxtəlif dərəcədə xəsarət alıb.

Qeyd etmək lazımdır ki, 61 milyonluq əhaliyə malik Karnataka ştatının 84%-i induizm, 12%-i  isə İslam dininə etiqad edir.