| Xəbər 1148 dəfə oxunub
Yevlaxda Kür çayında batan şəxsin meyiti çıxarılıb

Yevlaxda Kür çayında batan şəxsin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu sudan çıxarılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

***

Kür çayında boğulma hadisəsi baş verib.

Musavat.com bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.