| Xəbər 1298 dəfə oxunub
Bakıda gənc bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.

APA xəbər verir ki, hadisə 1-ci mədən ərazisində baş verib.

Masallı rayon sakini 1994-cü il təvəllüdlü Hacızadə Orxan Vəfadar oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.