| Xəbər 3071 dəfə oxunub
Qaxda minik avtomobili mikroavtobusla toqquşub

Qax rayonunun Ləkit kəndində “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.