| Xəbər 1411 dəfə oxunub
Nərimanov rayonu ərazisində yerləşən anqarda yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Nərimanov rayonu ərazisində yerləşən anqarda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.