| Xəbər 1727 dəfə oxunub
Cəlilabadda orta məktəbin binası yanıb

Cəlilabad rayonunun Cəfərli kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.