| Xəbər 3402 dəfə oxunub
Siyavuş Novruzov: “Bilmirik pandemiya neçə ay, neçə il çəkəcək”

Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentdə keçirilən büdcə müzakirələrində bu gün hər kəsin dövlətin yanında olmalı olduğunu deyib: "Hələ bilmirik ki, bu vəziyyət nə qədər dava edəcək. Ona görə də hökumətin qənaətini anlayışla qarşılamalıyıq”.

S.Novruzov 190 manatlıq yardımın daha çox insana verilməsi ilə bağlı təşəbbüslərə də reaksiya verdi: “Əvvəl 200 min nəfərə verilməsi nəzərdə tutulurdu, prezidentin tapşırığı ilə 600 min nəfərədək artırıldı. Fazil Mustafa çox ehtiyatsız fikir işlətdi ki, son vaxtlar baş vermiş hadisələr sosial-iqtisadi vəziyyətin göstəricisiydi. Xeyr! Bu, xaricdə planlaşdırılmış plana uyğun baş verənlər idi. Sosial-iqtisadi vəziyyət deyir get, parlamentin şüşəsini, ya lüsturunu sındır? Yanaşma tərzimizi düzgün qoymalıyıq. Biz bilmirik pandemiya neçə ay, neçə il çəkəcək. Böyük dövlətləri çökdürüb bu vəziyyət. Ola bilər 190 manatlıq məbləğ azdır. Antimilli şura da məsələ qaldırdı ki, gəlin məsələ qaldıraq, adambaşına min manat verilsin! Düşünmürlər ki, insanlar xəstəlikdən ölə bilər. Deyirlər vəziyyət nə qədər belə davam etsə, bizim xeyrimizədir”.