|
Milli Məclisin iclası başlayıb -

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova deputatlar, müzakirələrə qatılan hökumət nümayəndələrini və media mənsublarını salamladıqdan sonra Dövlət Himni oxundu. İclasda 106 nəfər iştirak edir.

Sədrin təklifi ilə iyul ayında, Tovuz döyüşlərində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutl yad edildi.

Daha sonra S.Qafarova dedi ki, ağsaqqal deputat, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov haqq dünyasınaqovuşub. 6 çağırış Milli Məclisin üzvü seçilən F.Heydərovun dövlət xadimi, ağsaqqal deputat, əsl ziyalı olduğunu qeyd edən sədr onun xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi və parlament ayaq üstə mərhuma sayğısını ifadə etdi.

Qeyd edək ki, hörmət əlaməti olaraq F.Heydərovun portreti Milli Məclisin foyesində qoyulub.

Milli Məclisin iclası öz işini davam etdirir.