| Xəbər 3906 dəfə oxunub
Həm ağıllı bilərzik, həm də naqilsiz qulaqlıq

Çinin nəhəng texnologiya şirkətı Huawei TalkBand B6 modelini təqdim edib.

Modelin əsas üstünlüyü yalnız ağıllı bilərzik deyil, həm də naqilsiz qulaqlıq rolunu oynamasındadır.

Model 326 PPI piksel  sıxlığa, 1.53 düym 3D ekrana sahibdir.

Huawei Band B6-nın gələn SMS-lər, zənglər, zəngli saat, hava proqnozu, QR kodların müəyyənləşdirilməsi, musiqini idarə etmək, uzaqdan foto çəkmək və s. funksiyaları var.

 

Ağıllı bilərzik Kirin A1 prosessorundan güc alır və Bluetooth 5.2-i dəstəkləyir. Eyni anda iki cihaza bağlana bilən modellə 8 saat danışmaq mümkündür. 10 dəqiqə ərzində yığdığı enerji ilə 4 saat danışmağa imkan yaradır. Saat hissəsi çıxarıldıqda naqilsiz qulaqlıq kimi istifadə olunan saat, eyni zamanda nəbzi ölçür, yuxu, stress və oksigen səviyyəsini nəzarətdə saxlayır.