| Xəbər 1936 dəfə oxunub
Tvitter təhlükəsizlik tədbirlərini gücləndirdi

Tvitter platfrorması məşhur insanların hesabları sındırıldıqdan sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Şirkət daxili alətlərə çıxışı azaldıb və bəzi funksiyaların işini dayandırıb.

"Kiberhücumdan sonra istintaqın aparılması zamanı hesabların təhlükəsizliyini təmin etmək üçün daxili alətlərimizə və sistemlərimizə çıxışı əhəmiyyətli dərəcədə azaltdıq",- deyə Tvitter bloqunda deyilir.

Təkmilləşdirilmiş təhlükəsizlik tədbirlərinə görə, bəzi funksiyalar məhdudiyyət altındadır.

Xatırladaq ki, platformaya qarşı tətbiq olunan hücum, iyulun ortalarında baş vermişdir. İlon Mask, Bill Gates, Jeff Bezos daxil olmaqla 130  istifadəçinin hesabı sındırılmışdır.