| Xəbər 917 dəfə oxunub
Maştağada sürücü piyadanı vurub qaçıb

Bakıda piyadanı avtomobil vurub.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Belə ki, 47 yaşlı Hüseynov Qurbanı avtomobillə vuran sürücü ərazidən uzaqlaşıb.

Xəsarət almış şəxs xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əziyi və qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.