| Xəbər 864 dəfə oxunub
Bakıda motosiklet sürücüsü qəza törədib

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə keçmiş “Komsomol” dairəsində baş verib.

Motosikleti idarə edən 2001-ci il təvəllüdlü Zəkizadə Mirmünasib Miradəm oğlu dairənin səkisinə çırpılıb. O, ağır xəsarət alıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o, xəstəxanaya komatoz vəziyyətdə qəbul edilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.