|
Ermənilər Azərbaycana qarşı ASALA-nı cəlb edərsə...

İyulun 23-də keçirdiyi mətbuat konfransında xarici işlər nazirinin müavini Xələf Xələfov istisna etməyib ki, ermənilər “Daşnaksutyun”, ASALA kimi terror təşkilatlarını da xaricdə zorakılıqlara yönəldə bilərlər.

“Ona görə də dost ölkələrimizə çağırışlarımız odur ki, diqqətlərini artırsınlar. Bizim soydaşlarımız da ehtiyatlı olmalıdır. Bunun üçün təlimatlar vermişik. Dövlət, təhlükəsizlik orqanları, diplomatik missiyalar, sadə vətəndaşlar, hamımız ayıq olmalıyıq. 1990-cı illərdə torpaqlarımız işğal edilən zaman Yevlaxda və digər bölgələrdə törədilən terror aktları uzaq tarix deyil”, - deyə XİN başçısının müavini vurğulayıb.

X.Xələfovun açıqlaması kifayət qədər ciddi ismarışdır. Nazir müavini erməni terrorçularının xain hücumlarını, sui-qəsdlərini, teraktlarını istisna etmir. Beynəlxalq səviyyədə fəaliyyət göstərən erməni terror təşkilatları Türkiyənin diplomatik nümayəndəliklərinə və dinc əhaliyə qarşı terror aktları həyata keçirirdi. İndi eyni terror Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc azərbaycanlılara qarşı törədilir.

Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikadakı Azərbaycanın diplomatik nümayəndəliklərinə təxribatçı hücumlar edilib, dinc azərbaycanlılara qarşı vandalizm aktları törədilib. Niderlandda Azərbaycan səfirliyinin binası önünə toplaşan ermənilərin ASALA yazılan köynəklər geyinməsi erməni terrorunun xortladığını bariz nümunəsidir.

Ad günü ildə bir dəfə olur, onlara quru “sağ ol” deyim?” — Aydın ...

Aydın Mirzəzadə: “Azərbaycanlılar tədbirlər təşkil edəndə öncə yerli hüquq-mühafizə orqanları ilə sıx işləməlidirlər”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, bu il bir çox ölkələrdə çoxsaylı azərbaycanlıların vətənin müdafiəsi uğrunda ayağa qalxmasına şahidlik edirik. Onun sözlərinə görə, həmvətənlərimiz kifayət qədər mütəşəkkil, qətiyyətlidirlər və apardıqları haqq mübarizə göz qabağındadır. Deputat hesab edir ki, ermənilər artıq dünyanın bir çox yerlərində azərbaycanlılardan güc, əzmkarlıq görürlər: “Ona görə illərdir ki, taxdıqları maskalarını atıb xuliqanlığa, vəhşiliyə, zorakılığa keçiblər. Onların yürüş edən azərbaycanlılara hücum etməsi, daş atması, təqib edərək soydaşlarımızı təkləyib döyməsi bir hal almaqdadır. O baxımdan qətiyyəti gücləndirməliyik”.

Dünya erməni vəhşiliyinin şahidi olur

A.Mirzəzadənin fikrincə, ermənilərin beynəlxalq aləmdə yalanları qarşısında Azərbaycanın diaspora faktorunu görürlər, bundan narahat olurlar: “Mən hesab edirəm ki, bundan sonra Avropada və Amerikadakı azərbaycanlılar tədbirlər təşkil edəndə əvvəlcə yerli hüquq-mühafizə orqanları ilə sıx işləməlidirlər, onları xəbərdar etməlidir. Yerli hüquq-mühafizə orqanlarının vəzifəsi asayişi təmin etməkdir. Çünki hətta Moldovada prezidentin erməni müşaviri yumruqla hücum keçirsə, bu, cinayətdir, xuliqanlıqdır. Eyni zamanda xaricdəki azərbaycanlıların göstərdiyi vətənpərvərliyə, ölkəmizin, xalqımızın haqq səsini qorxmadan ucaltmalarına görə təşəkkür edirəm”.

Komitənin digər üzvü, deputat Aqil Abbas isə “Yeni Müsavat”a bildirdi ki, xaricdəki azərbaycanlılar təhlükəsizlik üçün ilk növbədə birləşməlidirlər. Onun sözlərinə görə, texnologiya inkişaf edib və sosial şəbəkələr, mobil telefon sayəsində daimi əlaqə qurmaq olar.

Aqil Abbas: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ı deyil”

Aqil Abbas: “ASALA yoxdur, kürəklərinə adını yazmaqla dirçəltməyə çalışırlar”

A.Abbas hesab edir ki, küçə davaları yaxşı hal deyil: “Məqsəd Azərbaycanı haqlı Qarabağ davasından yayındırmaqdır. Sadəcə, Avropa heç vaxt bizim təhlükəsizliyimizlə məşğul olmaz, onlar başqalarının təlükəsizliyini qoruyarlar. Ona görə azərbaycanlılar birləşməlidirlər”.

Deputat Avropada iş adamı olan türkün başına gələnləri yada salaraq qeyd etdi ki, Qərb bizim təhlükəsizliyimizi təmin etmək istəməz: “İsveçrədə iğdırlı bir türk otelinin qarşısında Türkiyə və Azərbaycan bayraqları asmışdı. PKK üzvləri həmin oteli dağıtmaq üçün ora tökülmüşdülər. Bu türk cüssəli adam olub, 4 PKK üzvünü döymüşdü, əl-qolunu bağlamışdı, polis çağırmışdı. Hadisə yerinə gələn polis demişdi ki, sən onların əl-qolunu bağlamaqla insan haqlarını pozmusan. PKK-çıların mülkiyyətə vurduğu ziyanı görmürlər, deyirlər ki, insan haqlarını pozmusan. Bax, onlar bizi belə qoruyurlar”.

A.Abbas hesab edir ki, ermənilərin bir-iki atımlıq barıtı var, Avropadakı təxribatlar çox gedə bilməz: “ASALA terror təşkilatı artıq yoxdur, Abdulla Çatlı onu vaxtında dağıdıb. Sadəcə, indi kürəklərinə ASALA adı yazmaqla onu dirçəltməyə çalışırlar. Ona görə Moskvada, Parisdə, Bakıda, hər yerdə bir olmalıyıq”.

Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi

Qeyd edək ki, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev xəbərdarlıq edib: “Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, bunu Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır”.

Səfir ehtiyatlı olmağa çağırıb: “Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü. Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin. Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz? Ayıq olun! Bizim ”Qana qan!" şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!"