|
Bərbərxana və gözəllik salonları bu gündən açılır

Sərtləşdirilmiş xüsusi karantin rejiminin 5 avqust saat 06:00-dək uzadıldığı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında bu gündən bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib.

Musavat.com-un məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Lakin masaj və hamam xidməti göstərilməsinə icazə verilmir.