|
"Ştutqart" "Qarabağ"dan qayıdan futbolçunu istəmir

"Ştutqart" son mövsümü icarə əsasında "Qarabağ"da keçirən Ailton Silva ilə yolları ayırmağa hazırlaşır.

Qol.az xəbər verir ki, bunu klubun idman direktoru Sven Mislintat Almaniya mətbuatına açıqlamasında deyib. Klub rəsmisi 25 yaşlı müdafiəçinin komandada rəqabət aparmaq gücündə olmadığını bildirib: "Komandadakı hazırkı rəqabəti nəzərə alaraq, Ailtona burada şans görmürük. Buna görə də hər iki tərəf üçün sərfəli variant axtarırıq".

Almaniyanın "echo24" nəşri isə yazıb ki, "Ştutqart" braziliyalı futbolçunu sata bilməsə, onu yenidən icarəyə verəcək.