|
Dünyada koronavirusdan sağalanların sayı 7 milyonu keçib

Dünyada yeni koronavirusdan sağalanların sayı 7 milyonu ötüb.

Dünyada COVID-19-dan sağalanların sayı 7 milyon 5 min 452 nəfərə çatıb.

Bununla yanaşı, təhlükəli virusdan ölüm hallarının sayı 565 min 178 təşkil edir. Pandemiya ərzində koronavirusa 12 milyon 720 min 028 insan yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Virus 213 ölkə və bölgədə qeydə alınıb.